Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib

22 noyabr 2018 | 11:00

22 noyabr 2018-ci il tarixdə Ağdam Rayon Quzanlı qəsəbə Mədəniyyət evində Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi və ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov,  Hüquq Mühafizə Orqanlarının rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Yubiley tədbirində çıxış edən natiqlər Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə aparılan genişmiqyaslı işlərin real təzahürü olduğunu bildiriblər. Qeyd ediblər ki,  dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar. Ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edərək, ədliyyə işçilərinə xoş arzularını çatdırıblar. Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ədliyyə və məhkəmə orqanlarında çalışan bütün əməkdaşları Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə səmimi-qəlbdən təbrik edərək onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıb.
Rayon İcra Hakimiyyətinin başçısı müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününün artıq 18 ildir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunduğunu qeyd edib.
İcra başçısı ədliyyə sisteminin inkişafının əsaslı dönüş mərhələsinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyərək, Ümummilli Liderimizin  hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin bərqərar olaraq, ölkəmizdə demokratik hüquqi dövlətin qurulduğunu, ictimai-siyasi həyatın bütün sahələrində mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü işlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi təşkil etdiyini nəzərə çatdıraraq, hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət kəsb edən məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən bu cür köklü və sistemli islahatların uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlər qazanıldığını xüsusi vurğulayıb. Daha sonra Səmərəli fəaliyyətləri ilə fərqlənən bir sıra ədliyyə əməkdaşlarına Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Tədbirin sonunda Şur ansamblının ifasında konsert proqramı nümayiş etdirilib. 

 

Keçidlər