Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Zaqatala rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

21 noyabr 2018 | 11:00

Noyabrın 21-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Zaqatala rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə səyyar qəbul-görüş keçirib.
Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, Təhsil, səhiyyə,  mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Qəsəbə sakinlərindən ƏzimovArif, Muxtarov Zahir, Qarayeva Yeganə, Əzimov Zakir, Hüseynova Ülkər, Əliyev Azad, Əliyeva Gülər və başqaları əhalinin həyat şəraiti,  ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin  də daim diqqət mərkəzində saxlanılmasından, digər yerlərdə olduğu kimi köçkün qəsəbələrində yaşayan insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək  bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər.. Çıxışlarında Qəsəbə sakinlərinin məşğuliyyəti üçün onlara torpaq sahəsinin ayrılmasına, qəsəbədə tibb məntəqəsinin fəaliyyət başlamasına, işlə təmin olunmaq və digər məsələlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

 

 

Keçidlər