Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda ümumrayon iməcliyi keçirilib

22 sentyabr 2018 | 11:00

Bu gün Ağdam rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları keçirildi.
Ağdam rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada genişmiqyaslı təmizlik işləri aparıldı.
Aksiyada rayonun bələdiyyələri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları işçiləri,  ümumilikdə 500 nəfər fəal iştirak etdilər.
Aksiya çərçivəsində rayonun kənd və qəsəbələrində yol kənarı ərazisi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi.
Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə aparılan təmizlik işlərinə  xüsusi texnikalarda maşın cəlb olundu.
O cümlədən, aksiya iştirakçıları Quzanlı qəsəbəsində Heydər Əliyev  prospekti boyunca təmizlik və abadlıq işlərini davam etdirdilər. Küçələrdə, səki və parklarda təmizlik işləri həyata keçirdilər.
Ətraf mühitin və ekoloji Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

Keçidlər