Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bərdə rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yaşayan Ağdamdan olan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

21 sentyabr 2018 | 11:00

Sentyabrın 21-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bərdə rayonu ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə səyyar qəbul-görüş keçirib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Qəsəbə sakinlərindən Hüseynov Ədalət, Babayeva Arzu, Ağayev Firudun, Əntiqə Muradova, Vüqar Əliyev, Vaqif Ağayev və başqaları əhalinin həyat şəraiti,  ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan bölgələrin də daim diqqət mərkəzində saxlanılmasından, digər yerlərdə olduğu kimi köçkün qəsəbələrində yaşayan insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək  bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər.. Çıxışlarında Qəsəbə sakinlərinin içməli suya olan tələbatlarının təmin olunmasına, sosial məsələlər, uşaqların oyun meydançasının, qəsəbədə bankomatın olmamasından  və digər məsələlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb. Rayon İcra Hakimiyyətinin başçısı Bildirib ki, qəsəbə sakinlərinin içməli su probleminin həlli üçün aidiyyəti qurumlarla məsləhətləşmələr aparılaraq qısa zamanda ərazidə içməli su üçün artezian quyusunun qazılmasını təmin edəcəklər. Bundan başqa Vaqif Həsənov qəsəbədə yaşayan əhalinin məvaciblərinin rahat almaları üçün bankomatın quraşdırılması üçün də yerində tapşırıq verdi və qısa zamanda həmin ərazidə bankamat quraşdırılacaqdır

Keçidlər