Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi Ağdamda olmuşlar

13 sentyabr 2018 | 11:00

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi nəzdində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun rəhbərliyi ilə fondun nümayəndələri  Ağdam rayonunda olmuşlar. Qonaqlar rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovla görüşüblər. Görüşdə Məhərrəmlik ayının başlaması ilə bağlı həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrdən danışıldı. Görüşdən sonra fondun dəstəyi ilə təşkil olunmuş 20 dəst məktəbli forması və çantası ehtiyacı olan 20 nəfər 1-ci sinif şagirdlərinə paylanılıb.

Keçidlər