Şriftin ölçüsü :

Saytın rəngi :

Quzanlıda qəsəbədaxili küçələr yenidən qurulur

15 iyun 2018 | 11:00

“Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Quzanlı qəsəbəsinin daxili yollarında asfalt-beton işlərinin görülməsi üçün yol yatağının işlənməsi işləri sürətlə davam etdirilir. uzunluğu 1680 metr olan və 5 küçəni birləşdirən yolun abadlaşdırılması qəsəbə sakinlərinin müraciətləri əsasında həyata keçirilir.
Hazırda 8.400 kv.m ərazidə asfalt qatının vurulması üçün yol yataq işlərinin hazırlanması işi həyata keçirilir.
Qəsəbənin H.Əliyev prospektindən X.Məmmədov küçəsinə qədər olan hissə, H.Əliyev prospektindən Məşədi Abbas küçəsinədək olan hissə, Məhəmməd Füzuli küçəsindən M.F.Axundov küçəsinə qədər olan hissəsində, habelə M.F.Axundov küçəsinnin sol qolu hissəsində asfalt qatının vurulması üçün yol yataq işlərinin hazırlanması işi davam etdirilir.
Carı ildə həmçinin Əşrəf Əliyev küçəsinin bir hissəsində carı təmir işləri aparılcaqdır.
Qeyd edilən layihənin ilin sonunadək  başa çatdırılaraq sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Keçidlər