Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamlı melioratorlar peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etmişlər

05 iyun 2018 | 11:00

Ağdamlı melioratorlar peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etmişlər
Ağdam rayonunda meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilmişdir.
Ağdam rayon Mexaniki Suvarma  idarəsinin kollektivi Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra keçirilən tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov  meliorasiya və su təsərrüfatı işçilərinə peşə bayramları münasibətilə təbriklərini çatdırmış, ümummilli lider Heydər Əliyevin meliorasiya və irriqasiyanın inkişafına verdiyi misilsiz töhfələrdən söhbət açmışdır. Qeyd etmişdir ki, 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmişdir. 1993- cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ölkədə meliorasiya və su təsərrüfatının inkişafına hazırda Prezident İlham Əliyev tərəfindən də böyük diqqət və qayğı göstərilir.
Tədbirin sonunda işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə fəxri fərmanlar təqdim edilmişdir.

Keçidlər