Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda qoşunların təmas xəttində növbəti monitorinq keçirildi

16 yanvar 2018 | 11:00

ATƏT -in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam rayonu Sarıcalı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti maritorinq keçirİmişdir. Bu məqsədlə Ağdama gəlmiş ATƏT -in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller Ağdam Rayon İcra Hakimiyyətində qəbul edildilər. Onlara düşmənlə təmasa xəttində baş verən insidentlərdən və atəşkəs rejiminin mütəmadi pozulduğu haqqında geniş məlumat verildi. Bildirildi ki, Ağdam rayonunun bir çox kəndləri və yaşayış məntəqələri cəbhə xəttinə çox yaxın yerləşdiyindən burada yaşayan əhalinin istifadəsində olan torpaqlar düşmənlə üz üzədir. Camaat öz torpağında əkin - biçin işləri apararkən mütəmadi olaraq düşmən atəşinə məruz qalır və buna görədə əkin işlərini normal həyata keçirə bilmirlər.

Keçidlər