Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonununda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

30 dekabr 2017 | 11:00

Ağdam rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilən ümumrayon tədbirində Çıxış edənlər qarşıdan gələn əlamətdar günlər münasibətilə ağdamlıları təbrik edib, növbəti bayramların işğal altında olan torpaqlarımızda keçirilməsini arzulayıblar.
Tədbirdə yola saldığımız 2017-ci ildə əldə olunan uğurlardan bəhs edilib. Qeyd edilib ki, rayon ərazisində bir sıra tikinti abadlıq işləri həyata keçirilib və  bezilərinin tikintisi hələdə davam etməkdədir. Bundan başqa Quzanlı qəsəbəsində 360 şagird yerlik liseyin, Xındırıstan kənd uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.
Tədbirdə 2017-ci ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında, təhsil və idmanda fərqlənənlərə fəxri fərman və hədiyyələr verilib.
Rayonun musiqi kollektivləri, Şaxta baba və Qar qız iştirakçılara xoş ovqat bəxş ediblər.
Bayram tədbiri ədəbi-bədii proqram, rəqslər və rəngarəng musiqi nömrələri ilə davam etdirilib.
Tədbirdə uşaqlara bayram hədiyyələri verilib.

Keçidlər