Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda zəlzələ nəticəsində yaşayış evlərində çatlar əmələ gəlib

16 noyabr 2017 | 11:00

2017-cı  il noyabrın 15-də  gecə saat 23.48 radələrində baş verən zəlzələ nəticəsində Ağdam rayonu ərazisində xeyli yaşayış evinə və ictimai binalara ziyan dəyib. İlkin məlumata görə ümumilikdə 127 yaşayış evində iri və xırda çatlar əmələ gəlmiş, rayonun Üçoğlan kənd sakini Səfərova Zəhra Göyüş qızına məxsus 1 mərtəbəli evin bir hissəsi uçmuşdur. Bundan başqa zəlzələ nəticəsində 200 şagird yerlik Təzəkənd kənd tam orta məktəbində çatlar əmələ gəlmişdir.  Rayon İcra Hakimiyyətində əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin nümayəndələrindən ibarət yaradılan komissiya üzvləri hazırda zərər çəkmiş obyektlərə yerində baxış keçirilməsi üçün ərazilərə təhkim olunmuşlar.

Keçidlər