Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağdam rayon təşkilatının X konfransı keçirilib

10 noyabr 2017 | 11:00


YAP Ağdam rayon təşkilatının X konfransı keçirilib

Quzanlı qəsəbəsi Mədəniyyət evində YAP Ağdam Rayon Təşkilatının 10 -cu konfransı keçirilir. Konfransda YAP Siyasi Şurasının üzvü Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Milli Məclisin deputati Bəxtiyar Sadıqov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Ağdam RİH Aparatının başçısı cənab Raqub Məmmədov iştirak edirdi. Konfransı giriş sözü ilə YAP Ağdam rayon təşkilatının sədr əvəzi Zülfü Qasımov IX konfransdan keçən dövr ərzində respublikamızda və rayonumuzda baş verən ictimai- siyasi, iqtisadi  və digər sahələrdə baş verən müsbət dəyişikləri əhatə edən geniş məruzə ilə çıxış edib.
Məruzə ətrafında YAP rayon Qadınlar Şurasının sədri Mətanət Misirxanova, YAP rayon Gənclər Birliyinin sədri Azər Əliyev, YAP  rayon Təbliğat qrupunun rəhbəri Hüseyn Bayramov çıxış etdilər.
YAP  rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Mehdi Məmmədov qrupun hesabat dövründəki fəaliyyəti barədə məruzə etdi.
Daha sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Milli Məclisin deputatı Bəxtiyar Sadıqov tövsiyyə xarakterli çıxışlar etdilər.
YAP Ağdam rayon təşkilatının X konfransında Əliyev Allahverən İdris oğlu Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatına  sədri, Əliyev Baxşeyiş Əliş oğlu və Əliyeva Xəyalə İsrayil qızı YAP rayon təşkilatının sədr müavinləri seçildilər.
Bundan başqa Konfransda 33 nəfər Şura üzvü,  17 nəfər İdarə Heyətinin üzvü, 5 nəfər isə Nəzarət-Təftiş Qrupunun tərkibinə seçildi.

Keçidlər