Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda Bayraq Günü qeyd olunub

08 noyabr 2017 | 11:00

Ağdam rayonunda Bayraq Günü qeyd olunub

Bu gün Ağdam rayonu Bayraq Muzeyində bayraq günü ilə əlaqədar tədbir keçirilib. Bayraq meydanında təşkil olunan tədbirdə RİH-nin başçısının müavinlər və şöbə müdirləri, aparatın əməkdaşları, Qəsəbə nümayəndələri, Bələdiyyə sədrləri, rayon ictimaiyyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Ağa Zeynalov bayram günü ilə əlaqədar hamını təbrik edib: Daha sonra Bayraq Günü haqqında ətraflı məlumat verərək bildirib ki, Ölkə prezidentinin sərəncamı ilə hər il qeyd olunan bayraq günü rayonumuzda  böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Daha sonra digər çıxış edənlər rayon ictimaiyyətini “Bayraq Günü” münasibəti ilə təbrik edib. Prezident İlham Əliyevin məlum fərmanı ilə dövlətimizin əsas atributuna olan hörmət və ehtiramın günbə-gün daha da artdığını bildiriblər.

Keçidlər