Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət müstəqilliyinin 26-cı ildönümü Ağdam rayonunda təntənə ilə qeyd edilib

18 oktyabr 2017 | 11:00

Dövlət müstəqilliyinin 26-cı ildönümü  Ağdam rayonunda təntənə ilə qeyd edilib
Azərbaycanın dövlət müstəqilliyinin 26-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da təntənəli şəkildə qeyd edilib.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov və rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Ağdam Dövlət Dram Teatrında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 26 il əvvəl dövlət müstəqilliyinin bərpasından, Azərbaycanın həmin dövrdə qarşılaşdığı çətinliklərdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıblar. Çıxışlarda müstəqilliyin ilk illərində ölkədə hökm sürən özbaşınalıq, xaos və anarxiya, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi bir daha xatırlanıb. Bildirilib ki, xalqımızın və dövlətimizin belə bir çətin vaxtında – 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb və möhkəmləndirilib, dövlət quruculuğu və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası sahəsində mühüm işlər görülüb.
Tədbir konsert proqramı ilə davam edib.

Keçidlər